• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1753
— 01.03.2021 19:44

Qarabağ veteranının şəhid övladı

KepezTV Player

Qatil gülləsinə qurban gedirkən, Gözünü sabaha dikdi şəhidlər! Üçrəngli bayrağı öz qanlarıyla, Vətən göylərinə çəkdi şəhidlər. Hələ çox şeirlər, çox kitablar yazılacaq, bizim igidlərimiz haqqında. İllər keçsə də qanları ilə tarix yazanlar unudulmayacaq. Daha bir vətən oğlunun həyat və döyüş yolundan bəhs edəcəyik. Bu gül balalardan Aylinin 5, Aysunun isə 3 yaşı var. Yurd sevgisi ilə, böyüyən iki gül bala. Şəhid Həsənov Orxandan geriye qalan yadigarlar. Onlar hələ anlamırlar, Aylin gəlib bibisinə deyir ki, “bibi anama deyirəm atama zəng vursun, səsini eşitmək istəyirəm. O yığmır. Sən zəng edərsənmi atama, onun səsini eşidim”. O uşaqların yanında sözümüz dil tutmasa da, bilirik ki, böyüyəndə ataları ilə qürur duyacaqlar. Özlərinin də dediyi kimi, Orxan elə atadır ki, onun kimilər sayəsində Qarabağ əzəli sahiblərinə qovuşdu, o elə igiddir ki, vətəni, nazlı yarınnan da, bal şirin övladlarından da, saçlarına dən düşən anasından da üstün tutdu...
XX əsrin sonunda dünyaya göz açanlar tarix yazdılar və bizdə onun canlı şahidinə çevrildik. Nə xoş mənə ki, bu tarixi yazanların ailələri ilə görüşürəm, bu şərəf mənə qismət olur. Hər dəfə mikrafonu uzadıb müsahibə alanda anlayıram ki, sanki vətən uğrunda oğul itirən valideynlərdə xüsusi güc olur. Onlar daha mətin dayanır, hər şey vətən üçündür deyirlər. Bu isə bütün Azərbaycan xalqını qürurlandırmaya bilməz. Orxanın atası Bakir Həsənov birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Kəlbəcər, Murov dağ istiqaməti, Tərtər, Ağdam, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Bir də Orxanın ağbirçək nənəsi var bu evdə. Deyir, “Nəvələrimdən fərqli idi, mənnən ən çox maraqlanan, hal əhval tutan şəhid balam idi. İndi heç kim onun yerini tutmur. Fəxr edirəm qanı ilə tarix yazan nəvəmlə”. Şəhidimiz özü yazdığı bu şeiri son dəfə görüşəndə bacısına verir. Evin son beşik övladlarının əgər özündən böyük bacıları varsa, heç şübhəsiz həmin bacılar onlara ana qədər yaxın, istiqanlı olurlar. Şəhidimizin də özündən 5 yaş böyük bacısı var. O indi qardaşını şirin xatirələrdə yaşadır, əlindən tutub baxçaya, məktəbə apardığı illəri xatırlayır. Şəhidimiz ölümündən sonra Cəbrayılın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif olunub. Şəhidlər ölümləri ilə ölümsüzlüyə ucalırlar. Nə onların yoldaşları dul, nə də, övladları atasız sayılır çünki, igidlərimiz daim qəlbimizdə yaşayırlar.