• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1186
— 01.03.2021 19:22

Azad olunan ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən istifadə olunacaq

KepezTV Player

Azərbaycan, 2020-ci ilin payızında yaşanan və 44 gün davam edən Qarabağ Müharibəsi nəticəsində işğaldan azad olan, tarixi və mədəni irs ilə zəngin Qarabağ bölgəsində abidələrin bərpa və təmir işlərində Türkiyə təcrübəsindən yararlanacaq.Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasinda mədəni irsin qorunması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.Əməkdaşlıq protokolu, TİKA tərəfindən başladılan Böyük Mərdəkan Qalası və Tuba Şah Məscidinin bərpası kimi mədəni irsin qorunması sahəsindəki layihələrin, işğaldan qurtarılan Qarabağ torpaqlarını da əhatə edərək daha geniş bir formada həyata keçirilməsinə şərait yaradacaq.