KepezTV Player
Dövlətin aqrar sahəyə göstərdiyi qayğının nəticəsi olaraq respublikanın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya laboratoriyaları fəaliyyət göstərir. Bu tipli laboratoriyanın biri də Azərbaycan Dövlət Aqrar Universitetinin torpaqşünasliq və aqrokimya fakültəsində quraşdırılan elə eyni adlı laboratoriyadır. Laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementlər, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələri, torpaq və bitkilərin tərkibində olan ağır metallar, zəhərli maddələr təyin edilir. Son 4 ildə laboratoriyanın imkanlarından 1000-dən çox fermer 10 mindən artıq torpaq analizi etdirməklə yararlanıb.
- Baxış: 386