• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1834
— 28.02.2021 19:38

1453 nəfər magistraturaya imtahan verib

KepezTV Player

Gəncədə magistraturaya imtahan keçirilib. 6 ümumtəhsil məktəbində təşkil edilən imtahanları izləmək üçün 187 nəzarətçi müəllim və 16 rəhbər ayrılıb. Gəncə və ətraf bölgələrdən 1453 bakalavr imtahana qatılıb. Proses karantin rejiminin qaydalarına uyğun təşkil olunub. COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib. Magistr adını qazanmaq istəyənlər bir-birindən lazımi məsafədə əyləşdirilib. Sualların cavablandırılmasına 3 saat vaxt ayrılıb. İmtahanların cavabları yaxın günlərdə açıqlanacaq.

Vüqar Əsgərov -Ümumi imtahan rəhbəri:Hazırda Gəncə şəhərində 1 nömrəli məktəbdə imtahanda iştirak etmək üçün 255 nəfər bakalavr iştirak edir. İmtahana buraxılış tam pandemiyya şəraitinə uyğun keçirilib. Bakalavrların istilikləri ölüçülüb. Əlləri dezinfeksiya olunubdur. İştirakçılar vaxtında gəliblər. Heç bir nöqsan aşkarlanmayıb. Hazırda özünün səhətində prooblemi olan yoxdur.