• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 28.02.2021 19:28

Tovuz döyüşlərindən Vətən müharibəsinə

KepezTV Player

Elbrus Laçın oğlu Hüseynov. Müddətdən artıq hərbi qulluqçu Vətən savaşında bir çox uğurlu əməliyyatların iştirakçısı olub və şəhidlik zirvəsinə ucalıb. Növbəti videomatarerilmızda şəhidimizin qısa, lakin mənalı ömür yoluna nəzər salacağıq.

Elbrus Hüseynov yazın ilk günlərində Şəmkir rayonunun Çaparlı kəndində dünyaya göz açmışdı. Həmin kənddə böyüyüb boya başa çatan Elbrus vətənə, torpağa bağlılığı ilə seçilib. Tariximizi dərindən öyrənməyi və keçmişi unutmamağı özünə borc bilib. Təhsil aldığı məktəbdə daha çox sevib seçdiyi fənn də elə tarix olub.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan qəhrəmanımız ordu sıralarında nümunəviliyi ilə seçilib. Xüsusi təyinatlı dəstənin kəşfiyyat diversiyya qrupunun üzvü kimi 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda Tovuz döyüşlərinin iştirakçısı olub. Atası Laçın Hüseynov da Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub.

Elbrus Hüseynovun Vətən müharibəsində döyüş yolu Murovadağdan başlayıb. Sonrdan Soquvuşan, Hadrut və Cəbrayıl uğrunda gedən döyüşlərə qatılıb. Bir neçə yüksəklərin alınmasında, hətta üç rəngli bayrağımıızn sancılmasında iştirak edib.

Bu gün Elbrus Hüseynovla tək ailəsi və yaşadığı Çaparlı kəndi deyil bütün ölkə fəxr edir. Şəhidimizin yaşadığı kənddə könüllülərin təşəbbüsü ilə yaradılan bulaq kompleksi Elbrus Hüseynovaun xatirəsinə yaradılıb. Məktəblilər vətənə, orduya və şəhidlərə aid şerlər səsləndiriblər. Şəhidimizin təhsil aldığı məktəbin həyətində də bulaq kompleksi inşa edilib.

Elbrus Hüseynov ölümündən sonra ölkə prezdentinin sərəncamları ilə bir neçə orden və medallarla təltif edilib.