• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 27.02.2021 16:33

Məktəb və bağçalarda virusdan necə qorunurlar?

KepezTV Player

Koronavirus pandemiyası səbəbindən qismən bərpa olunan təhsil və tərbiyyə prosesi Samux rayonunda da karantin rejiminin tələblərinə uyğun formada qurulub. Bu müddət ərzində yoluxma halı müşahidə edilibmi, sinif, məktəb və ya bağça bağlanıbm? Rayonda vəziyyətlə əməkdaşımız Natiq Hüseyn maraqlanıb.

Ölkə ərazisində əyani təlim-tədris bərpa olunduqdan bir müddət sonra bir sıra təhsil müəssisəsinin fəaliyyəti koronavirus səbəbindən dayandırıldı. Vəziyyət məktəblərdə karantin rejiminin tələblərinə necə əməl edildiyini bir daha gündəmə gətirib. Samux rayonunda fəaliyyət göstərən 35 məktəbdə əyani tədris qismən bərpa olunub. Bütün məktəblərin girişində hərarət ölçən cihaz və tibbi məhlullar qoyulub. Sinif otaqlarında dərslər sosial məsafə qorunmaqla aparılır.

Rəmziyyə Xəlilova müəllim: Gördüyünüz kimi partaların üstünə tibbi məhlul qoyulub. Valideynlərdə təlimatlandırlıblar. Əgər şagirdlərdən  hər hansı biri xəstələnsə önları təhsildən müvəqqəti saxlasınlar.

Fidail Əliyev 1 saylı tam orta məktəbin direktor əvəzi: Yəni dərslər öz qaydasında gedir. Xəstlənən müəllim və şagirdimiz yoxdur. Hər gün adi prosedur qaydalara riayət olunur.

Samux rayon Təhsil Şöbəsindən verilən məlumata görə ibtiadi siniflər üzrə 4478,  5-9-cu siniflər üzrə isə 4209 şagird əyani tədrisə cəlb olunub. Bu günədək müəllim və şagirdlər arasında koronavirusa yoluxma qeydə alınmayıb.

Nurlana Həsənova Təhsil Şöbəsinin müdiri: Təhsil şöbəsinin əməkdaşları mütəmadi olaraq məktəblərdə olurlar. Tədris prosesinin təşkili karatin qaydalarına riayət olunmasına ciddi nəzarət edirlər. Hələ ki məktəbimzidə heç bir problemlə rastlaşmamışıq. Ümulikdə həftədə 3 dəfə təşkil olunan tədris prosesində davamiyyət 90 faiz təşkil edir.

Samux rayonunun məktəbəqədər tərbiyyə müəssisələrində də təlim-tərbiyyə qaydalara uyğun aparılır. Bütün uşaq bağçaları zəruri avadanlıq və məhlullarla təmin olunub. Tərbiyyəçilər və uşaqların sağlamlığı gündəlik diqqət mərkəzində saxlanılır.

Gülmira Nəbiyeva 5 saylı körpələr evi-uşaq bağçasının müdiri: Bağçamızın həyəti otaqlar mütəmadi olaraq dezinfeksiya olunur. Hər gün bağçamızın işçi heyəti və uşaqların temperaturu yoxlanılır və qrup otaqlarına daxil olurlar. Hər 30 dəqiqədən bir qrup otaqlarında uşaqlarımızın əlləri dezinfeksiya edilir.

Övladlarına bağçaya göndərən valideynlər də əvvəlcədən maarifləndirilib və səhhətində hər hansi narahatçılıq müşahidə olunan uşaq tərbiyyə müəssisəsinə gətirilmir.

Natiq Hüseyn