• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 27.02.2021 16:21

Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib

KepezTV Player

“Məşğulluq haqqında” Qanuna edilən dəyişikliklərə əsasən məşğul şəxslərə dair məlumatların məşğul şəxslərin reyestrinə daxil edilməsi tələbləri yeni redaksiyada verilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.İl ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunur.

Həmçinin tələbə və şagirdlərin valideynlərinə peşəyönümünə dair məsləhət xidmətləri göstərilir.

Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak müqavilə əsasında 1 il müddətinə verilir.