• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 27.02.2021 16:18

Yaponiya portalı erməni vəhşilikləri barədə videoreportaj yayıb

KepezTV Player

Yaponiyanın “fnn.jp” portalı ermənilərin 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb. Münaqişənin tarixi barədə məlumat verən müxbir ötən ilin sentyabr–noyabr ayları ərzində davam etmiş müharibədən söz açır. Münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarının dayandığını vurğulayır.Azad edilmiş şəhər və kəndlərdə ermənilərin bütün tikililəri dağıtdığı, evlərin qapı-pəncərələrini, damlarını sökərək apardığı, yaşayış və sosial obyektləri yandırdığı yapon tamaşaçılara təqdim olunur.

Qeyd edilir ki, azad edilmiş ərazilərə gələn azərbaycanlılar burada yalnız dağıdılmış və yandırılmış yaşayış məskənləri ilə qarşılaşırlar.Reportajda hazırda Ermənistanda baş verən hadisələrə də toxunulur, ölkədə siyasi sabitliyin hələ də gərgin qaldığı, hakimiyyət uğrunda mübarizənin qızışdığı qeyd edilir.