• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 27.02.2021 11:38

Karantin qaydalarını pozanlar həbs olundular

KepezTV Player

Ağstafada gecə saatlarında gizli fəaliyyət göstərən kafe aşkarlanıb. Obyekti icarə əsasında işlədən Famil Yolçuyev və müştəriləri - Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Nuranə Abduyeva 300 manat miqdarında cərimə edilib, Etibar Atakişiyev 15, Famil Yolçuyev 20,  İlkin Yolçuzadə 7, Xanbaba Dünyəmov 15, Şərafət Məmmədova isə 5 sutkalıq inzibati həbs edilib.

Famil Yolçuyev kafenin icarədarı: Bağlamağa gecikdik. Müştərilərə də bir neçə dəfə dedim gecdir bağlayıb getmək lazımdır. Yəni, evimiz var, getmək lazımdır. Dedilər 5 dəqiqə oturaq. Belə-belə vaxt uzandı.

Xanbaba Dünyamov kafenin müştərisi: “Karantin rejimini pozmuşuq. Bir səhvdir eləmişik. Bir də təkrarlanmaz”