• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1131
— 27.02.2021 11:34

Əfəndilər kəndi

KepezTV Player

Müdafiə Nazirliyi bu dəfə Həkəri çayının sahilində yerləşən kəndlərdən Əfəndilərin görüntülərini yayımlayıb. Qubadlı rayonunun İncə düzündə yerləşən bu yaşayış məntəqəsinin əvvəlki adı Türk Əfəndilər olub.Yerli əhalinin məlumatına görə, vaxtilə Türkiyədən gəlmiş Məmməd Əfəndi adlı bir nəfər kəndin bünövrəsini qoyub. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən yaşayış məntəqəsi 25 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad olunub.