• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 26.02.2021 19:28

Xocalı faciəsi - 29 il

KepezTV Player

Xocalı ermənilərin Azərbaycan xalqına, türklərə qarşı illərlə bəslədikləri kinin, nifrətin təzahürü idi. Yoxsa, bələkdəki körpənin, ahıl qocanın vəhşicəsinə öldürülməsinə, baş dərilərinin soyulmasına nə ad vermək olar? Biz illərlə qonşuluqda olan bu millətə əl tutduq, torpağımızda onlara yaşamaq üçün ev verdik. Baxmayaraq ki, tarixin müxtəlif dövrlərində onların soyqırımlarına məruz qalmışdıq.  Qarşılığı isə insanlığa sığmayan zülm oldu. Fevralın 25-dən 26-na keçən gecə Xocalıdan əliyalın, bir canını  götürüb qaçan sakinlərin yaşadıqları insanın qanını dondurur.

Şelli kəndinə çatanlar daha sonra öldürülən yaxınlarının, qohumlarının meyitlərinin ərazidən çıxarılmasını gözlədilər. Həmin vaxt Xocalı sakini Nazim Hüseynov cəsədlərin Ağdama gətirilməsində iştirak edib. İllər sonra onunla yenidən o yerlərdə həmin dəhşətli günə qayıtdıq.

İnsanlar unutqan ola bilər, amma tarix heç nəyi unutmur. Bir də İlahinin ədaləti var. Biz 30 il ərzində Xocalıya ədalət dedik, səsimizin duyulmasını gözlədik. Amma təəssüf ki, bu gün insan haqlarından danışanların əksəriyyəti bizim faciəmizə qarşı susqundurlar.