Xocalı faciəsinin 29-cu ildönümündə soyqırım qurbanlarının xatirəsi Gəncədə də anılıb. Şəhərdə Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də, “Xocalı” abidəsinin önünə tər çiçəklər düzülüb. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. “Xocalıya ədalət” kompaniyası çərçivəsində şəhərin Heydər Əliyev parkında ağacəkmə aksiyası da baş tutub. Faciəsi qurbanlarının xatirəsinə 613 meyvə ağacı basdırılıb.
Ağamir Hümbətov - Xocalı rayon Kosalar kənd sakini: Həmin faciəni mən də yaşamışam. Qışın, qarın, çovğunun tuğyan elədiyi bir vaxtda insanlar qətilə yetirilirdi. O faciə insanın yadına düşəndə insan dəhşətə gəlir. Faciəni yaşamağın özü, yada salmaq dəhşətdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Qarabağımız bizə qaytarıldı. Qisasımız alındısa hamımız sevinirk. Bizim sevincimizin həddi hidudu yoxdur. Bu günə şükürlər olsun.
Vaqif Məmmədov - Xocalı rayon Kosalar kənd sakini: Fevralın 25-dən 26-na keçən gecə onların müsibətinin harayının səsi bizim hələd qulağımızdan getmir. Şükürlər olsun ki, bu gün bizim ali baş komandanın sayəsində, ordumuzun sahəsində torpaqlarımız işğaldan azad olundu.
- Baxış: 344