• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1666
— 26.02.2021 16:20

Prezident jurnalistlərin suallarını cavablandırıb

KepezTV Player

Xocalı soyqırımını törətməklə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. Bunu Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib. Xocalı soyqırımı ilə bağlı dünyada geniş məlumat var. Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törədib. Dövlət başçısı deyib ki, bu addımların təkrarı İkinci Qarabağ müharibəsində də müşahidə edilib. Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Azərbaycanın bütün hərbi əsirləri qaytardığını vurğulayan Prezident İlham Əliyev rəsmi Bakının dayanıqlı sülhə nail olmaq istədiyini, bunun isə yeganə yolunun əməkdaşlıq olduğunu qeyd edib. “İstənilən revanşizm cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq” deyən dövlət başçısı Qarabağda rəsmi dil məsələsi ilə bağlı açıqlamalara da münasibət bildirib. Bunu manipulyasiya növü adlandıraraq Azərbaycanda yeganə rəsmi dilin Azərbaycan dili olduğunu vurğulayıb. Prezident İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı sualı da cavablandırıb.