• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 26.02.2021 09:10

XİN Xocalı faciəsi ilə bağlı bəyanat yayıb

KepezTV Player

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Sənəddə Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri Xocalı faciəsi ilə əlaqədar məlumat verilir. Qeyd olunur ki, Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını Ermənistanda dövlət səviyyəsində azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlanan cinayət idi və sadəcə etnik mənsubiyyətinə görə insanların kütləvi qətlinə yönəlmişdi.