• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 26.02.2021 09:16

XX əsrin faciəsi - Xocalı soyqırımından 29 il ötür

KepezTV Player

Bu gün XX əsrin faciəsi - Xocalı soyqırımından 29 il ötür. Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib. Dinc əhaliyə qarşı xüsusi amansızlıqla soyqırımı törədilib. Ermənilərin bu ağır cinayəti nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb - onlardan 150 nəfərin taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Bu il ilk dəfədir ki, həmin insanların xatirəsini qalib xalq kimi anacağıq - rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə sayəsində. "Kəpəz" MTRŞ-nin əməkdaşları Xocalıda insanlıq əleyhinə törədilən cinayətə həsr olunan sənədli film hazırlayıblar. Həmin filmi bu gün saat 21-də televiziyamızın efirində izləyə bilərsiniz.