• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 25.02.2021 20:03

Olimpiya çempionu yenə zədələndi

KepezTV Player

Sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov Ukraynada keçiriləcək beynəlxalq turnirdə iştirak etməyəcək. Gəncəli pəhləvan yığmanın Kiyev yarışı üçün açıqlanan heyətində yer almayıb. Onun turnirə qatılmamasının səbəbi zədədir.74 kq çəki dərəcəsində çıxış edən idmançı məşqlərin birində zədələndiyi üçün yarışdan kənarda qalıb. Əsgərov bu üzdən millinin Rusiyanın Mahaçqala şəhərindəki təlim-məşq toplanışını da buraxmalı olub. Hazırda məşqsiz qalan və zədəsini bərpa etməyə çalışan təcrübəli güləşçi Kiyevdə 79 kq çəki dərəcəsində çıxış etməyi planlaşdırıb. Lakin zədəsinin sağalmaması, Toğrulun istəyini reallaşdırmayıb. Olimpiya çempionu son illərdə artıq neçənci dəfədir ki, zədəyə görə yarışlara qatıla bilmir.