KepezTV Player
Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılmasına başlanılıb. Nazirliyin məlumatında vətəndaşların müvafiq materialların təhvil verilməsində fəal iştirak etdiyi qeyd olunur. Həmçinin bu istiqamətdə müxtəlif dövlət qurumları tərəfindən muzeyin fondu üçün materialların təqdim olunduğu bildirilir. Təhvil verilən materiallar Zəfər muzeyi fondunun ilk eksponatlarıdır. Bu materiallar arasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı istifadə edilən müxtəlif növ silahlar və mərmilərin qalıqları, işğalçı ordu ilə qəhrəmancasına mübarizə aparan hərbçilərimizin şəxsi əşyaları da var.
- Baxış: 442