• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 25.02.2021 16:45

Şəhid ailələri ziyarət edilib

KepezTV Player

Vətən müharibəsində silaha sarılaraq cəbyə yollanan igid oğullarımızdan biri də Həsən Bayramovdur. Müharibənin ilk günlərindən döyüşə atılan  Həsən Bayramov şücayəti ilə seçilib. Qorxmaz, qəhərəman igidimizin ailəsini Şəhəri icra hakimiyyətinin rəsmiləri ziyarət edib. Şəhidin ailə qayğıları dinlənilib və həlli istiqamətində göstəriş verilib. 29 yaşlı şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb. Həsən Bayramov vətən müharibəsində Qubadlı, Cəbrayıl, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edərək ölümündən sonra ali baş komandan tərəfindən 5 medala təltif olunub.

Ruhiyyə Həsənova  şəhidin anası: Vətənpərəst idi, bayraqla özü saat yığmışdı. Çox vətənə bağlı idi. Onda o qədər vətən coşqusu var idi. Dövlətimiz sağ olsun, var olsun diqqətdə göstərirlər. Axtarırlarda, maraqlanırlarda. Şəhidimiz vətən uğrunda şəhid olub.