• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1105
— 25.02.2021 17:27

“Xocalı Nişanəsi” filmi təqdim edilib

KepezTV Player

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” bədii-sənədli qısametrajlı filmi təqdim edilib. Filmdə Xocalıda qətlə yetirilən 5 yaşlı naməlum qızın hekayəsindən söhbət açılır. “Xocalı Nişanəsi” kimi tanınan qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda amansızlıqla qətlə yetirilən 63 uşaqdan biridir. O, bütün ailəsi ilə birgə qətlə yetirilib və kimliyini müəyyənləşdirmək mümkün olmayıb.“Xocalı Nişanəsi” kimi tanınan 5 yaşlı naməlum uşağın hekayəsi Ermənistan silahlı qüvvələrinin bəşəriyyətə qarşı cinayətini əks etdirir.