• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1087
— 25.02.2021 17:26

Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olunub

KepezTV Player

Prezident İlham Əliyev Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib. Bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. 

Dövlət başçısının iştirakı ilə, həmçinin Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib. Kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Dövlət başçısının imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Şəhid ailələrinin üzvləri və müharibə əlilləri Qarabağı azadlığa qovuşdurduğu üçün Prezident İlham Əliyevə minnətdarlıq ifadə ediblər. Dövlət başçısı görüşdə Xocalı qurbanlarının da qanının yerdə qalmadığını, Ermənistanın heç vaxt indiki qədər acınacaqlı vəziyyətə düşmədiyini, tətbiq edilən “İskəndər” raketindən də danışıb.