• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1082
— 25.02.2021 12:33

​Sürücülər sərnişindaşıma ilə bağlı maarifləndiriliblər

KepezTV Player

Qarlı-şaxtalı havada sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması diqqət mərkəzində saxlanılır. Ağstafa polisi bu məqsədlə maarifləndirici tədbir keçirib.

Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları nəqliyyat müfəttişləri ilə birlikdə rayonda sərnişindaşıma ilə məşğul olan sürücüləri maarifləndiriblər. Tədbir zamanı avtomobillərin mövsümə uyğun sazlığına da nəzarət edilib.

Sürücülərlə sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər sükan sahiblərini yollardakı vəziyyət barədə də məlumatlandırıblar.

Reyd zamanı 3 mikroavtobusda texniki problemlər aşkarlanıb, həmin nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti dayanacağa qoyulub. Sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Natiq Hüseyn