• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 24.02.2021 20:11

Şəmkirdə daha bir bağça binası yeniləndi

KepezTV Player

Şəmkir rayonunda daha bir bağça üçün şərait müasirləşdirilib. 7 saylı körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunub. İllərdir qəzalı vəziyyətdə olan tərbiyyə ocağının yenilənməsi sakinlərin sevincinə səbəb olub.

Şəmkir şəhərinin Posanlı yaşayış massivində yaşayan sakinlər təxminən bir il əvvəl ərazidə fəaliyyət göstərən tərbiyyə müəssisəsinin qəzalı vəziyyətdə olmasından şikayətlənirdilər. Nəhayət valideynlərin narahatlığına son qoyulub. Köhnə binanın yerində müasir tələblərə cavab verən yeni tərbiyyə müəssisəsi inşa olunub.

3 qrupdan və 55 yerdən ibarət bağça binasında təlim tərbiyyənin normal səviyyədə aparılması üçün imkanlar genişləndirilib. Bütün otaqlar zəruri inventar və avadanlıqlarla təchiz olunub. Mərkəzi qazanxana sistemi yaradılıb. İllərdir çətin şəraitdə çalışan bağçanın kollektivi müasir tərbiyyə müəssisəsində daha həvəslə çalışacaqlarını bildirirlər.

Yeni bağça binası ilə tanış olan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yaradılan şəraiti yüksək qiymətləndirib. Uşaqların gündəlik qidalanması, yataq otaqlarının vəziyyəti ilə tanılş olub, xüsusi ilə də karatin rejiminin tələblərinə əməl olunması ilə bağlı tapşırıqlar verilib.