• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 24.02.2021 12:19

FHN-dən vətəndaşlara müraciət

KepezTV Player

Dünən axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hava şəraiti ilə bağlı olaraq köməksiz vəziyyətdə qalma halı üzrə nazirliyin 112 qaynar telefon xəttinə zənglər daxil olub və xilasetmə qüvvələri müvafiq əməliyyatlar həyata keçiriblər. Nazirlik vətəndaşlar üçün təhlükəsiz davranış qaydalarını açıqlayaraq onlara əməl etməyə çağırırıb. Piyadalar ayaqqabılarını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edilməlidir. Yaşlı insanlar rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməlidirlər. Sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun; yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun; sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.