• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2986
— 23.02.2021 11:07

Nvidia öz yeni videokartlarını kriptovalyuta mayninqi üçün yararsız edəcək

Kriptovalyutalara marağın çox artdığı bir vaxtda Nvidia şirkəti mayninqlə bağlı rəsmi bəyanat verib. Şirkət kompüter oyunları üçün videokart almaq istəyən insanların hüquqlarını qoruyacağını bildirib. Beləliklə şirkət qeyd edib ki, GPU-nun işini proqram səviyyəsində dəyişməklə o, yeni videokartları mayninqlə məşğul olan insanlardan qoruyacaq. Öz rəsmi bloqunda Nvidia şirkəti bildirib ki, o, GeForce RTX 3060 videokartının hashrate-ni 50% aşağı salacaq. Bu isə öz növbəsində sözügedən videokartı mayninq üçün yararsız edəcək.

Bununla belə videokartın kompüter oyunları üçün olan performansında heç bir dəyişiklik olmayacaq. Dəyişikliklər sadəcə olaraq mayninq ilə bağlı alqoritmləri əhatə edəcəklər. Şirkət bildirib ki, onun videokartlarında mayninqlə deyil məhz kompüter oyunları ilə maraqlananlar üçün çoxlu sayda innovativ və aparıcı texnologiyalardan istifadə olunur. Alternativ variant olaraq Nvidia şirkəti mayninq ilə məşğul olanlara Nvidia CMP seriyasına daxil olan qrafik çipi almağı təklif edir. Bu qrafik çip isə effektiv soyutma sisteminə sahibdir.