• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2027
— 23.02.2021 10:11

Gürcüstanda Hökumətin yeni tərkibi təsdiqləndi

KepezTV Player

Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib. 89 deputat İrakli Qaribaşvilinin başçılıq edəcəyi hökumətin lehinə, 2 deputat isə əleyhinə səs verib. Gürcüstanın sabiq Baş nazirinin birinci müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili yeni tərkibdə yer almayıb. Digər yeni nazir isə müdafiə naziri Cuanşer Burçuladzedir. Parlament həmçinin, İrakli Qaribaşvilinin təqdim etdiyi hökumətin inkişaf proqramını da təsdiq edib. Prezident Salome Zurabişvili İrakli Qaribaşvilinin Baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb. 39 yaşlı Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub. O, artıq ikinci dəfədir hökumət başçısı kimi fəaliyyət göstərəcək. İlk dəfə 2013-2015-ci illərdə bu vəzifədə çalışıb.