KepezTV Player
“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin yaradılması prosesinə start verilib. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, layihə üzrə proqram təminatının yaradılmasına başlanılıb. Bundan sonra seçilmiş müvafiq ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla sistemin sınağı həyata keçiriləcək. Sistemin mərhələli şəkildə yaradılması, pilot ərazidə sınaqdan keçirildikdən sonra bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi hər bir heyvanın və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan verəcək.
- Baxış: 1881