• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 22.02.2021 15:47

22 kq-dan artıq narkotik aşkarlanıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Füzuli Sultanov saxlanılıb. Onun üzərinə baxış zamanı 514 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Füzuli Sultanovun evinə baxış zamanı oradan 9 kiloqram heroin, 1 kiloqram 992 qram psixotrop maddə metamfetamin və 1900 ədəd psixotrop tərkibli “Metadon 40” həbi aşkar olunaraq götürülüb. O, narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib. Daha bir uğurlu əməliyyat zamanı əvvəllər məhkum olunan Vüsal Rüstəmov saxlanılıb. Onun üzərinə baxış zamanı 20 qrama yaxın, yaşadığı mənzildən 7 kiloqram 444 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Vüsal Rüstəmov əkib yetişdirdiyi narkotik vasitələrin satışını həyata keçirmək istəyib. Salyanda isə Anar Yaqubov tutulub. Onun sərnişin kimi əyləşdiyi avtomobilə baxış zamanı Anar Yaqubova məxsus 3 kiloqram 290 qram narkotik vasitə heroin, 170 qram tiryək və 120 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.