• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2414
— 22.02.2021 16:10

7 kq-dan çox narkotik dövriyyədən çıxarılıb

KepezTV Player

Cəlilabadda Bakı şəhər sakinindən külli miqdarda narkotik aşkarlanıb. Əməliyyatı Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları daxil olan məlumat əsasında birgə keçiriblər. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakini Həsənzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunan Rüstəmov soyadlı şəxslə birgə Ocaqlı kəndi ərazisində saxlanılıb. Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkarlanaraq götürülüb.