KepezTV Player
Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb. Təhsil Nazirliyindən verilən məlumata görə, müxtəlif fənlər üzrə ümumilikdə 2 948 namizəd dəvət olunsa da, onlardan 2 912 nəfəri müsahibələrdə iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.
- Baxış: 211