• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2463
— 22.02.2021 16:02

"Zəfər yolu" ilin 3-cü rübündə istifadəyə veriləcək

KepezTV Player

“Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun bu ilin avqust ayının sonuna qədər asfaltlanması və istismara verilməsi planlaşdırılır”. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şuşaya torpaq yolla gediş-gəlişin mümkün olduğunu qeyd edib. Şuşaya çəkilən yolun 6-7 km-lik hissəsinin minalardan təmizləndiyini deyən Saleh Məmmədov həmin hissədə çınqıllı torpaq yol vasitəsilə gediş-gəlişin təmin edildiyini amma yolun 61 km-ə yaxın hissəsinin hələ minalardan təmizlənmədiyini bildirib. Agentlik sədrinin sözlərinə görə, martda Kəlbəcər yolunun çəkilişinə də başlanılacaq. Rayona Gəncə-Toğanalı yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək.