• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1022
— 22.02.2021 16:01

“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb

KepezTV Player

Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanmasına başlanılıb. Petisiya beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə və müxtəlif ölkələrin Xarici İşlər Nazirliklərinə ünvanlanıb. “Xocalıya ədalət” beynəlxalq kampaniyası tarixi ədalətin bərqərar olması, bəşəriyyətə qarşı belə cinayətlərin təkrar olunmaması naminə hər bir kəsi petisyanı imzalamağa çağırır.