• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 22.02.2021 12:03

Müdafiə Nazirliyi Çaytumas kəndindən videogörüntüləri yayıb

KepezTV Player

Həkəri çayının sahilində yerləşən Çay Tumas kəndi. Əvvəlki adı Tumaslı olan yaşayış məntəqəsi XIX əsrdə Dağ Tumas kəndindən köçmüş ailələrin Həkəri çayı sahilində məskunlaşması nəticəsində yaranıb. Oykonim də elə "çay kənarında yerləşən Tumaslı kəndi" deməkdir. 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən kənd 25 oktyabr 2020-ci ildə azad olunub. Qubadlı rayonunun Çaytumas kəndindən videogörüntüləri Müdafiə Nazirliyi yayıb.