KepezTV Player
Masallı polisi qanunsuz ovla məşğul olan 3 nəfəri aşkarlayıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər çərçivəsində Təzəkənd kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri saxlanılıblar. Onlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi aşkarlanıb. Hər üç şəxs barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
- Baxış: 730