KepezTV Player
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib. Məqsəd Xocalı soyqırımı haqqında Ukrayna sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır. Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə yerləşdirilib. Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən “Ana fəryadı” heykəli əksini tapıb və “Xocalıya ədalət!” şüarı yazılıb.
- Baxış: 338