KepezTV Player
Estoniya parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat qəbul edib. Faciənin 29-cu ildönümü ərəfəsində verilən bəyanatda “Biz dinc Azərbaycan xalqına qarşı törədilmiş insanlığa zidd bu vəhşiliyin günahkarlarını qətiyyətlə pisləyirik. Bu vəhşilik aktının günahkarları məsuliyyətə cəlb edilməlidir" deyilir. Qrupun üzvləri Azərbaycanın davamlı sülh, inteqrasiya və azad edilmiş ərazilərin inkişafı istiqamətindəki səylərinə dəstəklərini bildiriblər.
- Baxış: 778