• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 18.02.2021 20:33

Cüdoçumuz “Böyük Dəbilqə”nin qalibi olub

KepezTV Player

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 7 üzvü tatamiyə çıxıb. Onlardan yalnız Davud Məmmədsoy mübarizəsini medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz çempion tituluna yiyələnib. 60 kq-da y​​​arışa 1/16 final mərhələsindən qoşulan Məmmədsoy arıdıcıl olaraq almaniyalı, hindistanlı və qazaxıstanlı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Rusiyalı Ramazan Abdullayevə də qalib gələn təmsilçimiz həlledici görüşə vəsiqə qazanıb. Davud finalda gürcüstanlı Temur Nozadze ilə qarşılaşıb. O, uğurlu seriyasını davam etdirərək ippon fəndi ilə qızıl medala sahib olub.