• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 18.02.2021 12:52

Daha bir ştatda Xocalı soyqırımı barədə bəyanat qəbul edilib

KepezTV Player

Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı bəyannamə imzalanıb

ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin Snayder fevralın 26-nın Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb. Bəyanatda faciənin insanlıq əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərdən biridir. 

ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusen isə Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb. ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanmış bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ ev tərəfindən dəstəkləndiyi xüsusi qeyd olunur.