İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azəriqaz" İstehsalat Birliyinin quraşdırdığı yeni qaz sayğacları ilə bağlı istehlakçılarda yaranan narazılıqlara aydınlıq gətirib. Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, yoxlamalar aparılıb və hər hansı sayğacda normadan kənarlaşma qeydə alınmayıb.
Məmməd Abbasbəyli Azərbaycanda avtomobil yanacağının keyfiyyətindəki problemlərə də toxunub.
Məmməd Abbasbəyli Dövlət Xidmətinin rəis müavini: "Bizim nəzdimizdə Metrologiya İnstitutu fəaliyyət göstərir, hansı ki, bütün ölçü vasitələrinin yoxlamasını aparır. Qaz sayğacları quraşdırılmazdan öncə onların üzərində sınaqlar aparılır və yalnız sınaqlar düzgün olduqda quraşdırılır. Məhz bu səbəbdən biz yoxlamalar aparmışıq. Azərbaycanda avtomobil yanacağının keyfiyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələrinə görə, görünür ki, istehlakçıların şikayətlərində həqiqət var. Yəni burada keyfiyyətdə problemlər mövcuddur". monitorinqlər 36 yanacaqdoldurma məntəqəsində aparılıb və onların böyük əksəriyyətində kənarlaşmalar müşayiət olunub: "Biz bu materialları təhlil edirik və bununla əlaqədar olaraq lazım olan nəzarət-tənzimləyici metodların tətbiqinin müzakirəsini aparırıq. Bununla əlaqədar olaraq tədbirlər planı hazırlanıb ki, qısa müddətdə bu təbirlər planı açıqlanacaq".
- Baxış: 369