• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1881
— 18.02.2021 10:29

Android 12-də reallaşdırılacaq yeni funksiya məlum olub

Google şirkəti Android-in yeni versiyasını hələ təqdim etməyib. Lakin internetdə onun barəsində məlumatlar çıxmağa davam edir. İnsayderlərin yeni məlumatlarına əsasən Google şirkəti Android-in yeni versiyasının şirniyyat adı ilə əlaqələndirilməsindən imtina etməyib. Təbii ki, əməliyyat sistemi yalnız şirkət daxilində müəyyən şirniyyat adı ilə əlaqələndirilir. Rəsmi şəkildə şirkət artıq Android-in adlandırılmasında şirniyyatların adlarından istifadə etmir. Bundan əlavə olaraq yeni Android-də smartfonlardan bir əl ilə rahat istifadənin necə reallaşdırılacağı barəsində məlumat da verilib.

XDA-Developers saytının insayderləri bildiriblər ki, Android 12-nin test versiyasında bir əl ilə çalışma rejimi reallaşdırılıb. Bu funksiya ekranın bütöv ölçüsünün aşağı küncə sürüşdürməklə onun miqyasını 40% aşağı salmaq imkanını verir. Bu üsul ilə istifadəçi bir əl ilə lazımi ikonlara klikləyə bilər. Qeyd etmək lazmdır ki, bu cür özəllik iOS-də və Samsung-un One UI istifadəçi interfeysində artıq mövcuddur. Funksiyanı iki üsul ilə aktivləşdirmək mümkündür. Jestlər və ya 3 düyməli naviqasiya paneli vasitəsilə.

Maraqlısı ondadır ki, bu yeni funksiya əməliyyat sisteminin açıq mənbəli koda sahib versiyasında aşkar edilib. Bu isə o deməkdir ki, çox güman ki, Google şirkətinin proqram təminatına sahib bütün smartfon istehsalçıları ondan istifadə edə biləcəklər. Bundan əlavə olaraq insayderlər Android 12-nin şirkət daxilində hansı şirniyyat növü ilə adlandırıldığı barəsində məlumat veriblər. Beləliklə məlumata əsasən əməliyyat sisteminin yeni versiyasının qeyri rəsmi adı Snow Cone-dur. Bu, buz ilə şərbətin birləşməsindən əldə olunan şirniyyyat növüdür və onu kiçik karton stəkanlarda satırlar. Android 12-nin nə zaman istifadəyə veriləcəyi barəsində hələki rəsmi bir məlumat yoxdur.