• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2253
— 17.02.2021 12:20

Güclü partlayış: ev yararsız hala düşdü

KepezTV Player

Gəncədə evdə güclü partlayış baş verib. Hadisə şəhərin Totanlı küçəsi, döngə bir, ev 2 ünvanında, Əli Məmmədova məxsus evdə qeydə alınıb. Partlayışın gücündən 3 otaq və mətbəxdən ibarət mənzil yararsız hala düşüb. Nəticədə həmin vaxt evdə tək olan 33 yaşlı Vasif Məmmədov yüngül xəsarət alıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib. Ehtimala görə, partlayış qaz sızmasından baş verib.