KepezTV Player
Bu gün Qaradağlı faciəsindən 29 il ötür. İllər öncə ermənilər tərəfindən tarixin səhifələrinə daha bir qara ləkə düşüb. Həmin gün 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Amma əfsuslar olsun ki, o zaman da azərbaycanlıların harayına çatan olmadı. Qaradağlı faciəsinin şahidi, iki ay erməni əsirliyində olmazın işgəncələr görən Xocavənd sakini ağrılı xatirələrini bizimlə bölüşüb. İndi onun dili ilə 29 il öncəyə qayıdacağıq.
- Baxış: 269