• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1556
— 16.02.2021 12:04

Yüksəkliyə “Zəfər zirvəsi” adı verilib

KepezTV Player

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyət Böyük Qafqazın Bazardüzü zirvəsinin şərqində yerləşən 4301 m-lik adsız yüksəkliyə yürüş edib. “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları orada Azərbaycan bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.