• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 16.02.2021 09:15

Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib

KepezTV Player

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib. Təlimə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri cəlb edilib. Uçuşlar zamanı hücum təyyarələri, atəş-dəstək və nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib. Şərti hava düşmənini təqlid edən ordu aviasiyasının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi tapşırıqları məşq edilib.