• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1663
— 15.02.2021 19:04

Tərtərə dəymiş ziyan tam müəyyənləşib

KepezTV Player

İkinci Qarabağ Müharibəsi ərzində Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi başa çatıb. Dövlət Komissiyasının üzvü Qubad Heydərov bildirib ki, 5 705 obyektə baxış keçirilib və onlardan 60-nın tam dağıldığı məlum olub. Sahibkarlıq müəssisələrindən 185-nə ziyan dəyib, 6-sı bütovlüklə yararsızdır. Zərər görən 48 sosial obyektdən 2-si tamamilə qəzalı vəziyyətə düşüb. 103 avtomobilə ziyan vurulub.