• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 15.02.2021 19:18

Müdafiə Nazirliyi Xaçındərbətli və Binə kəndindən video görüntülər yayımlanıb

KepezTV Player

Xaçındərbətli Ağdam rayonunun ərazisində qədim yaşayış məntəqələrimizdən biri. Kənd 1993-ci il iyunun 15-də, Qarabağ müharibəsi zamanı Ermənistan Ordusu tərəfindən işğal olunub, 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə qayıdıb. Yuxarı Qarabağda məskunlaşan monqol mənşəli dörbət tayfası buralarda iki məntəqə yaradıb. Onları fərqləndirmək üçün biri Xaçın Dörbətli, digəri Cinli Dörbətli adlandırılıb. Müdafiə Nazirliyi düşmən taptağından qurtulan Ağdam rayonunun Xaçındərbətli kəndinin görüntülərini yayıb.

Xocavənd rayonunun Binə kəndindən də video görüntülər yayımlanıb. 2 oktyabr 1992-ci ildə işğal edilən kənd 2020-ci il noyabrın 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən azad edilib. Dağ ətəyində yerləşən kənd 1992-ci ilədək Domı adlandırılıb. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb Aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı eyniadlı çayın əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır.