• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 992
— 15.02.2021 15:42

Bu dəfə müharibə iştirakçıları aksiya keçiriblər

KepezTV Player

Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etmiş şəxslər Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Müharibə iştirakçıları hələ hərbi biletlərini geri almadıqlarını və onların döyüş əməliyyatlarında iştirak faktının heç bir yerdə qeyd edilmədiyini bildiriblər. “Müharibənin bitməsindən üç ay keçib, amma hərbi biletimi qaytarmayıblar və müharibədə iştirak etdiyimi təsdiqləyən sənəd verməyiblər. Qanuna görə biz müharibədə iştirak etdiyimiz üçün pul almalıyıq, amma hələ heç bir şey almamışam”, - deyə aksiya iştirakçılarından biri deyib. Etirazçılar Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüblər. Nazirlikdən bildirilib ki, onlar hərbi biletlər üçün Mərkəzi Hərbi Komissarlığa müraciət etməlidir.