KepezTV Player
Vətən müharibəsində işğaldan azad edilən torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Güllücə kəndi ərazisində xidmətdə olarkən məhv edilən düşmən ordusunun vaxtilə qurduğu səngər və istehkamlara baxış keçiriblər. Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 9 ədəd əl qumbarası, 9 ədəd qumbara alışdırıcısı və 1 ədəd RPQ-18 qumbaraatanı aşkar edərək götürülüb.
- Baxış: 271