• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 15.02.2021 11:57

Koronavirus vaksininin effektivlik müddəti açıqlanıb

KepezTV Player

Bu gündən səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına başlanılır. İlk peyvənd vurulmasından 28 gün sonra ikinci doza vaksin tətbiq olunur. Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. **TƏBİB Azərbaycanda istifadə edilən koronavirus vaksininin effektivliyinin müddətini də açıqlayıb. Qeyd olunur ki, Türkiyədə aparılan tədqiqatların nəticələrinə əsasən, vaksinin effektivliyi 92 faizdir: “Vaksinin insanda yaratdığı  immunitetin minimum müddəti 1 ildir. Maksimum müddət isə hələ təsdiqlənməyib” .