• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1440
— 15.02.2021 12:17

Saxta dövlət nişanı ilə avtoxuliqanlıq edən şəxs

KepezTV Player

Avtomobilinə quraşdırdığı səsgücləndirici və çoxavazlı siqnallarla Şəmkir sakinlərinin gecəsini gündüzə qatan sürücü polis tərəfindən saxlanılıb. Özü də sürücülük hüququ olmadan etdiyi avtoxuliqnalıq ona baha başa gəlib. Maraqlı olan odur ki, saxlanılan şəxs eyni əmələ görə əvvəllərdə inzibati qaydada həbs olunub.

Şəmkirin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqnalıq edən sürücünü əməlinə peşman edib. Rayon sakinlərinin rahatlığını pozan şəxs elə Şəmkirdən olan Tural Hüseynovdur. Hüququ olmadan sürücülük edən şəxs bu azmış kimi avtomobili də saxta dövlət nömrə nişanı ilə idarə edib.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Əvvəllər inzibati xəta törətdiyinə görə inzibati qaydada həbs olunan rayon sakini Tural Hüseynov özünə məxsus “VAZ 2106” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməsi ona konstruktiv dəyişiklik etməsi və əlavə avadanlıqlar quraşdıraraq yollarda intizamsızlıq etməsi aşkar edilib. Avtomobil müvəqqəti duranacağa qoyulub.

Yol polisinin müvəqqəti duracağında avtomobilə baxış keçirilən zaman sözügedən əlavə avadanlıqlar və saxta dövlət nömrə nişanları aşkar edilib. Əməlləri cavanlıq səhvi kimi dəyərləndirib sakinlərdən üzr istəyən Tural Hüseynov avtoxuliqanlıq etdiyini etiraf edib.

Tural Hüseynov avtoxuliqanlıq edən şəxs Qabağını qaldırmışam səs boğucu siqnal qoymuşam. Başqada arxasını endirmişəm. Cavanlıqdı olubdur. Belədə rayon sakinlərində nə isə narahtçılıq olubsa üzr istəyirəm.

Tural Hüseynov barəsində yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Natiq Hüseyn