KepezTV Player
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Hava Limanında rentgen aparatından kecirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Yoxlama zamanı çamadanda şəxsi əşyaların arasındakı iki ədəd səsgücləndiricinin içərisində 302 qram psixotrop maddə olan MDMA və 89,679 qram kokain aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 823